Şimal bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən günlərlə müqayisədə bölgə rayonlarında havanın temperaturu 5-10 dərəcə aşağı düşüb.
Dağlıq rayonlarda qar, aran ərazilərdə isə yağış yağması müşahidə edilib.
Hazırda Qusarın Ləzə kəndində və Şahdağ Turizm Mərkəzi istiqamətində 3 sm qar, 3 dərəcə şaxta olduğu bildirilir. Qeyri-sabit hava şəraiti davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu