“Yalama Aqropark”da yanğın BAŞLADI – FOTO/VİDEO - YENİLƏNİB

“Yalama Aqropark”da yanğın BAŞLADI – FOTO/VİDEO - YENİLƏNİB

Hazırda oxunan: “Yalama Aqropark”da yanğın BAŞLADI – FOTO/VİDEO - YENİLƏNİB

164671

Xaçmazın Yalama qəsəbəsindəki Aqroparkda yanğın qeydə alınıb. 

Aqroparkın ümumi sahəsi 4800 kvadratmetr olan anbarının 1000 kvadratmetr hissəsində 1200 ton ot bağlaması yanıb. 

Hadisə yerinə çağrılan FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun yayılmasının qarşısını alıb. 

Fakt Xaçmaz Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya təsdiqlənib. 

Yanğının başvermə səbəbləri araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


*** 16:43

Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın başlayıb. 

Bizim.Media  AZƏRTAC-a istinadən xəbər verir ki, aqroparkın ot anbarlarından başlayan yanğının söndürülməsinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürən briqadaları cəlb olunub. 

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir. 









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO