Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı

Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı

161553

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO