Azərbaycanda ''Qırmızı kitab''a düşən quşlar ovlanır - DİN hərəkətə keçdi

Azərbaycanda ''Qırmızı kitab''a düşən quşlar ovlanır - DİN hərəkətə keçdi

Hazırda oxunan: Azərbaycanda ''Qırmızı kitab''a düşən quşlar ovlanır - DİN hərəkətə keçdi

15972

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

''Postlar qurulub ki, ərəblər orada hərəkət etməsinlər'' - Nazirlikdən quş ovuna AÇIQLAMA 


Həmçinin idarənin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO