Bakıda havanın temperaturu iqlim normasından yuxarı olub – FAKTİKİ HAVA 

Bakıda havanın temperaturu iqlim normasından yuxarı olub – FAKTİKİ HAVA 

Hazırda oxunan: Bakıda havanın temperaturu iqlim normasından yuxarı olub – FAKTİKİ HAVA 

158956

Faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 9-u saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənib. 

Küləyin maksimal sürəti arabir Daşkəsəndə 23, Mingəçevirdə 20, Qobustanda 19, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. 

Havanın temperaturu oktyabrın 8-də Bakıda iqlim normasından 4.0 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 28 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub. 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək. 
Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO