Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sabah bu ərazilərdə qaz olmayacaq

153994

Sabah saat 10:00-dan “Keşlə” QPS-də 4 ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz İB”dən bildirilib. 

Məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək  və  Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO