Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

Hazırda oxunan: Azərbaycanda Novruz bayramı qeyd edilir

15339

Azərbaycanda bu gün Novruz bayramıdır.

Bizim.Media xəbər verir ki, xalqımızın əzəli adət-ənənələrindən olan bu bayram artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur.

Azərbaycan xalqı bu il  Vətən müharibəsinin qələbəsindən doğan sevinc və qürurla Novruzu bayramını qeyd edir. 

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qeyd edək ki, bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO