"Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik"- Pakayin

Hazırda oxunan: "Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik"- Pakayin

146003
«Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik». 

Moderator.az xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRNA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın Azərbaycanla və Ermənistanla münasibətlərinin olması xarici siyasətimiz üçün bir üstünlük və potensial sayılır: “Çünki biz hər iki ölkə ilə, o cümlədən Qarabağ münaqişəsinin həlli barədə söhbət edə bilərik. Biz Qarabağ münaqişəsinin beynəlxalq normalar, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında və danışıqlar yolu ilə həll edilməli olduğuna inanırıq. Fikrimizcə, bu münaqişənin həlli üçün rəsmi olaraq vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. İrandan da yardım istənilsə, öz köməyimizi əsirgəməyəcəyik”x9d.

Səfir onu da əlavə edib ki, qonşuları müdafiə etmək İran İslam Respublikasının prinsipial siyasətidir və ərazi bütövlüyünün qorunması, qarşılıqlı əməkdaşlıq bizim üçün əhəmiyyətli məsələlərdir. “Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO