Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko ilk dəfə Azərbaycana səfər etdi. Heç şübhəsiz, bu səfər ənənəvi strateji müttəfiqlik münasibətlərində olan Azərbaycan və Ukraynanın bundan sonrakı əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Elə bu səfərin əhəmiyyətini nəzərə alan rəsmi mətbuat orqanları Ukrayna prezidentinin Bakı təmaslarını, Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşləri ətraflı işıqlandırıblar. Qəzetlərin birinci səhifələri bu mühüm səfərə həsr olunub. Örnəyi, “Xalq qəzeti”x9d həmin günkü sayının birinci səhifəsini bütünlüklə bu səfərə həsr edib.



Maraqlıdır ki, dövlət qəzetlərini mütəmadi izləyən adının çəkilməsini istəməyən bir oxucumuz iddia edir ki, parlamentin mətbu orqanı olan “Azərbaycan”x9d qəzeti Ukrayna prezidentinin Bakı səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşləri birinci səhifəsində “xəsisliklə”x9d işıqlandırıb.
Belə ki, “Azərbaycan”x9d qəzetinin həmin günkü sayının ana səhifəsində bu mövzuda cəmi iki kiçik ölçülü xəbərə yer verilib. Ölkə üçün əhəmiyyətli olan bu səfərdən geniş reportaj verilməsi əvəzinə, “Dəmirçidən Lahıca uzanan yol”x9d adlı rəsmi qəzetin birinci səhifəsinə çıxacaq qədər önəmli olmayan yazı yerləşdirilib.
Bu məntiqin səbəbini isə yəqin ki, yalnız “Azərbaycan”x9d qəzetinin rəhbərliyi bilir.
Zəhra






































































































