İlkin Süleymanov apellyasiya şikayəti VERDİ

İlkin Süleymanov apellyasiya şikayəti VERDİ

Hazırda oxunan: İlkin Süleymanov apellyasiya şikayəti VERDİ

142684

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmdən apellyasiya şikayəti verilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, şikayət ərizəsində təqsirləndirilən şəxsin verilmiş ittihamlarla əlaqəsinin olmadığı, məhkəmə istintaqı müddətində bunu təsdiqləyən sübutlar ortaya qoyulduğu qeyd edilib. 

Vəkillər üst məhkəmədən İlkin Süleymanov barəsindəki ittihamedici hökmün ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş ediblər. 

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması iyunun 5-də başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO