Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO 

Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO 
141483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Bekə ki, “Mercedes” markalı minik maşını həmin yolda hərəkətdə olarkən dönmə əməliyyatı edib. Bu zaman onunla eyni istiqamətdə hərəkət edən “VAZ 2107” markalı avtomaşın arxadan ona çırpılıb. 
Nəticədə avtomobillərdən biri yolun sağına, digəri isə soluna aşıb. Hadisə zamanı “VAZ”da olan İmişli rayon sakinləri, 55 yaşlı Abbasov Adəm İxtiyar oğlu və 1968-ci il təvəllüdlü Abbasova Lalə Hadis qızı, eləcə də “Mercedes”də olan sürücü Kürdəmir rayon sakini 24 yaşlı Qurbanov Yusif Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. 

Hazırda faktla bağlı araşdırma aparılır.  

Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO  - foto 1
Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO  - foto 2
Kürdəmirdə “Mercedes”lə “VAZ” toqquşdu - Xəsarət alanlar var - FOTO  - foto 3

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO