Cəlilabadda 2 hektar biçilməmiş taxıl sahəsi yandı

Cəlilabadda 2 hektar biçilməmiş taxıl sahəsi yandı

Hazırda oxunan: Cəlilabadda 2 hektar biçilməmiş taxıl sahəsi yandı

140914

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki,  hadisə rayonun Cavadxan küçəsinə yaxın əkin sahəsində qeydə alınıb.

Belə ki, rayon sakini, Rauf Mirzəyevə məxsus biçilməmiş taxıl sahəsində yanğın olub.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin buna baxmayaraq 2 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Hadisəyə səbəbin elektrik naqilləri olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO