Azərbaycan XİN Polad Bülbüloğlunun müdafiəsinə qalxdı

Azərbaycan XİN Polad Bülbüloğlunun müdafiəsinə qalxdı

Hazırda oxunan: Azərbaycan XİN Polad Bülbüloğlunun müdafiəsinə qalxdı

140400
“Erməni “diplomatları”x9d beynəlxalq hüququ özlərinə məxsus tərzdə təqdim etməyə çalışırlar”x9d.

Əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğlu və əsl vətənpərvərdir və belə də qalacaq.

Moderator.az -ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənistanlı həmkarı Tiqran Balayanın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barəsində səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

“Ermənistan XİN növbəti qeyri-etik şərhləri ilə əlaqədar olaraq demək istərdim ki, milyonların kumiri olan Polad Bülbüloğlu öz peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanan vaxtlarda Ermənistan XİN-in mətbuat katibi bəlkə də hələ əlifbanı öyrənirdi”x9d, - deyə H.Hacıyev bildirib.xa0

Onun sözlərinə görə, “peşəkar ali təhsili”x9d olan erməni “diplomatları”x9d dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus tərzdə təqdim etməyə çalışaraq, dünyaya öz absurd iddialarını sübut etməyə cəhd göstərirlər:xa0

“Bunun bariz nümunəsi kimi, bir qədər əvvəl Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryanın Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyəti barədə söylədiyi yalan və vulqar açıqlamalarını göstərmək olar. İndi isə bu yolu həmin strukturun mətbuat katibi davam etdirir”x9d.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO