Moderator.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 5-ci mikrorayon ərazisində yaşayan sakinləri sevindirəcək daha bir qərara imza atıb.xa0
Belə ki, icra başçısının göstərişi ilə 5-ci mikrorayon ərazisindəki yaşayış binalarının fasad və eyvanlarının əsaslı şəkildə təmirinə start verilib. Artıq bu məqsədlə əraziyə xeyli sayda işçi qüvvəsi cəlb edilib, bir neçə yaşayış binasında onun bütün səthində işləməyə imkan verən avadanlıqlar qurşdırılıb. Təmir işlərinin mərhələli şəkildə təmirə ehtiyacı olan bütün binalarda həyata keçirilməsi planlaşdırılır.
İcra başçısının məlum təşəbbüsündən məmnunluq duyan vətəndaşlar hesab edir ki, mikrorayon ərazisindəki binalarda həyata keçiriləcək təmir işləri binaları yaşayış üçün daha əlverişli hala gətirməklə yanaşı, şəhərin estetik görünüşünü də əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, ona yeni və xoş görkəm verəcək.
Xatırladaq ki, bir müddət öncə icra başçısının göstərişi ilə şəhərin 6-ci mikrorayon ərazisindəki yaşayış binalarının da dam örtüyü təzələnib, köhnə və yararsız örtüklər yeni, daha müasir örtüklərlə əvəzlənib.
xa0




































































































