Oğuzda ağır QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

Oğuzda ağır QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

Hazırda oxunan: Oğuzda ağır QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

138960

Oğuzda baş verən ağır qəzada bir ailənin 4 üzvü xəsarət alıb. Ağır yol nəqliyyat hadisəsi günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, magistralın Oğuzun Sincan kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı bağa aşıb. Sumqayıt şəhər sakinin idarə etdiyi avtomobildə sürücü ilə yanaşı daha üç nəfər olub və onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Oğuzdan təcili tibbi yarım xidməti cəlb edilib. Qəzaya düşənlərə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin müayinə və müalicələrdən sonra onların xəsarətləri yüngül olduğundan evə buraxılıblar. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO