Binəli Yıldırım hökumətin əsas 4 hədəfini açıqladı...

Binəli Yıldırım hökumətin əsas 4 hədəfini açıqladı...

Hazırda oxunan: Binəli Yıldırım hökumətin əsas 4 hədəfini açıqladı...

138323
Türkiyənin baş naziri Binəli Yıldırım qurulan yeni hökumətin qarşıdan gələn müddət ərzində 4 əsas hədəfinin olduğunu açıqlayıb. 

Baş nazir Binəli Yıldırım yeni hökumətin qarşısına qoyduğu hədəflərin yeni konstitusiya ilə prezident üsul idarəsi, terrorla mübarizə, “paralel dövlət”x9dlə mübarizə və iqtisadiyyatın canlandırılması olduğunu açıqlayıb. 

Yıldırım həmçinin başlayan yeni periodda görüləcək işlərin məşvərət və qarşılıqlı anlaşma çərçivəsində görüləcəyini vurğulayaraq sözlərinə belə davam edib:

"Prezidentimiz bu heyətin və hərəkatın lideridir. Bu mövzuda heç bir fikir ayrılığı ola bilməz. Biz də onun komandasıyıq. Bütün işlər və proseslər prezident ilə məsləhətləşərək həyata keçirilir." (Avropa.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO