Şəhid ailələri və qazilərə 14 minə yaxın MƏNZİL VERİLİB

Şəhid ailələri və qazilərə 14 minə yaxın MƏNZİL VERİLİB

Hazırda oxunan: Şəhid ailələri və qazilərə 14 minə yaxın MƏNZİL VERİLİB

137719

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13 560 mənzil və fərdi ev verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib.

Həmin dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO