Ağstafada partlayışda ölənlərin kimliyi MÜƏYYƏNLƏŞDİ - YENİLƏNİB 

Ağstafada partlayışda ölənlərin kimliyi MÜƏYYƏNLƏŞDİ - YENİLƏNİB 

Hazırda oxunan: Ağstafada partlayışda ölənlərin kimliyi MÜƏYYƏNLƏŞDİ - YENİLƏNİB 

132251

Ağstafada partlayış zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, bu Ağstafa rayonu Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979 il təvəllüdlü Cəmil Əsgərovdur.  

Faktla bağlı Ağstafa rayon prokurorluğunda cinayət işi başlanıb.

*** 21:49

Ağstafada bədbəxt hadisə nəticəsində ölüm baş verib.  

DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Həsənsu kəndində kömür hazırlanması ilə məşğul olan sexdə partlayış baş verib.  

Hadisə nəticəsində iki nəfər ölüb. Hələlik onların şəxsiyyəti müəyyən olunur.

Digər zərərçəkənlər barədə məlumat yoxdur.  

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO