Arvadını boşanmaq istədiyi üçün qəddarcasına öldürüb - Cinayətin DETALLARI 

Arvadını boşanmaq istədiyi üçün qəddarcasına öldürüb - Cinayətin DETALLARI 

Hazırda oxunan: Arvadını boşanmaq istədiyi üçün qəddarcasına öldürüb - Cinayətin DETALLARI 

130688

Dünən saat 12:40 radələrində Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Aygün Yusifovanın kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov həm də onun xalası oğlu olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gözəllik salonunda kişi arvadını QƏTLƏ YETİRİB


Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl Aygün Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.

Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO