Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir? - VİDEO

Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir? - VİDEO

Hazırda oxunan: Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir? - VİDEO

130530

Son günlərdə orta məktəblərdən birində şagirddə vərəmin aşkarlanması tibbi yoxlanışlarla bağlı məsələni gündəmə gətirib. Orta təhsil müəssisələrində yoluxucu xəstəliklərin, eyni zamanda əvvəlki illərdəki kimi saç, dırnaq və göz yoxlanışının olub-olmaması ilə bağlı suallar yaranıb.

Bizim.Media xəbər verir ki, məsələni araşdırmaq üçün “Xəzər" televiziyası valideynlər və şagirdlər arasında sorğu aparıb.

Tibb üzrə ekspert Pərvanə Vəliyevanın sözlərinə görə, tibbi yoxlanışlar poliklinikalardan həkimlər dəvət olunmaqla xüsusi otaqlarda əsasən 4,9,10,11-ci siniflər arasında aparılır. Digər siniflər isə poliklinikalarda müayinə edilirlər.

Ekspert deyir ki, kütləvi müayinələrin və yoluxucu xəstəliklərə qarşı sınaqların ildə 1 dəfə aparılması vacibdir. O, həmçinin bildirir ki, təcrübələrə əsasən bir sıra kənd məktəbində həkim və tibb bacısı yoxdur.

Pərvanə Vəliyeva vurğulayır ki, saç, dırnaq və gözlərin yoxlanışı kimi elementar prosedurları da məhz məktəblərdəki bu tibb bacıları həyata keçirməlidirlər.

Sözügedən məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri Aytən Sultanova bildirdi ki, şagirdlərin vərəm və bir sıra yoluxucu xəstəliklərlə əlaqədar yoxlanışı ildə 1 dəfə aparılır. Dırnaq, dəri və saçla bağlı isə şagirdlərə dərslərdə izahlar verilir.

Elm və Təhsil Nazirliyindən bildirildi ki, tibb xidmətin təşkili üçün məktəblərdə müvafiq sayda otaqlar və avadanlıqlar ayrılıb. Bununla belə təhsilalanlara tibbi xidməti ərazidəki poliklinikalar göstərir.

Bundan başqa, nazirliyin davranış qaydaları ilə bağlı sənədində də dırnaq, saç yoxlanışı və digər gigiyenik məsələlər qeyd olunub. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO