Moderator.az xəbər verir ki, dünya dieotoloqları çəki almaq istəyib, lakin istədiyi nəticəyə çatmayanlara qidalanmada mayelərin yemək əsnasında deyil, yeməkdən sonra qəbul edilməsinin lazım olduğunu bildirir.
Dünyada bir çox insan kilo vermək istəsə də, bir o qədər adam da nə etsə kilo ala bilmir. Kilo almanın, kilo verməkdən asan olduğu düşünülsə də əslində düşünülənin əksinə kilo almaq istəyənlərin işi, kilo vermək istəyənlərə görə ümumiyyətlə daha çətin olur.
Məsələn böyük boşqabdan makaron yemək yerinə, makaron yanında mütləq zülal qrupundan ət, toyuq, qatıq və lif baxımından zəngin salat və ya tərəvəz yeməkləri də əlavə olunmalıdır. Bunun yanında, kilo alışını dəstəkləyici ara paylar də verilməlidir. Özü kiçik amma kalorisi böyük fındıq, fıstıq, qoz, badam kimi quru meyvələr seçim edilə bilər. Bu qidaların özü kiçik amma kalorisi çox olduğu üçün kilo almanı dəstəkləyir. Çəki alma deyincə ilk ağla gələnin fast-food, xəmir işi və tez bazar qidalar olması lazım deyildir. Sağlam kilo alışı əhəmiyyətlidir.
Çəki ala bilməyən bir çox insan iştahsızlıq və ya tez doyma problemi yaşayır. Bu vəziyyətdə qidaların məzmunu zənginləşdirilərək kalori miqdarı artırılmalıdır. Məsələn sadə bir salat yemək yerinə, salatın içinə zeytun yağı, qaynadılmış qarğıdalı , zeytun, pendir, qoz, salat sousu kimi bir çox qida daha əlavə olunaraq kalori miqdarı artırıla bilər. Su istehlakı mütləq yeməkdən sonra edilməlidir. Ayran, soda və ya meyvə suyu yemək əsnasında deyil sonrasında istehlak edilməlidir. Çünki maye mədə həcmini doldurur və artıq yeməyi maneə törədə bilər. Buna görə mayelər sonra istehlak edilməlidir. Bəslənmə həyatımızın hər anında çox əhəmiyyətlidir, bu səbəblə mütləq dieotoloji dəstək alınmalıdır.
Əgər bir uşaq yaşına görə doğru kiloda və doğru boyda deyilsə, deməli zəif ya da iştahsız ola bilər. Bu vəziyyət qorxulacaq bir şey deyil , ekspert dəstəyi ilə həll edilə bilər. Amma uşağın boyu kilosuna görə daha çoxdursa ya da tam tərsinə inkişafı düzgün aparılmırsa burada bir problem var. Bu problemin üzərinə gedilməlidir. Bəzən səbəb psixoloji də ola bilir. Belə bir vəziyyətdə mütləq dieotolaq və psixoloq birlikdə hərəkət etməlidir. Uşaq yaşda qazanılacaq sağlam yemə davranışı, irəliləyən dövrdə bəslənmə nizamına müsbət istiqamətdə təsiri olacaq.
Elşən Yəhyayev






































































































