"Mercedes" avtomobili aşdı - YARALILAR VAR

Hazırda oxunan: "Mercedes" avtomobili aşdı - YARALILAR VAR

126421

Cəlilabad rayonunda yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə 2006-ci il təvəllüdlü Qoşqar Məmmədov, 1993-cü il təvəllüdlü Aqşin Hüseynov, 1999-cu il təvəllüdlü Ruslan Məmmədov və 1997-ci il təvəllüdlü Murad Məmmədov xəsarət alıb. 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO