Fevralın 22-də Dini Qurumlarla xa0İş üzrə xa0Dövlət Komitəsinin təşkilatçılığı ilə Neftçalada xa0'Dünyəvi dövlətdə din; Azərbaycan xa0modeli' xa0mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dini Qurumlarla xa0iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Neftçala rayonu İcra xa0Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova, dindarlar, xa0ağsaqqallar, şəhər axundu Mirseymur Əliyev, şəhər ziyalıları və gənclər xa0iştirak ediblər.
Gültəkin Sadıqova tədbiri açıq elan edərək, dövlətimizin dinə qayğısından danışıb. O bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başlayıb. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olunub, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycan xalqı öz milli və dini bayramlarını azad, sərbəst qeyd etmək hüququ əldə edib, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradılıb. Prezident İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində illər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa edib, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Daha sonra DQİDK-nın Dini Qurumlarla xa0iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Azərbaycanda xa0mövcud olan dini tolerantlıqdan, xa0dünyəvilikdən, multikulturalizm ənənələrindən, xa0mili-mənəvi xa0dəyərlərdən söhbət açıb. Əsrlər boyu Azərbaycanda İslam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildirən Əliheydər Zülfüqarov milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını, müxtəlif din və mədəniyyətlərə mənsub insanların əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynadığını, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatdıqlarını bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.xa0



































































































