2006-cı ilin 11 iyunundan indiyədək hər həftənin bazar günü köşklərə çıxan “Türküstan”x9d qəzetinin yayım qrafikində dəyişiklik edilib. Qəzet bundan sonra həftənin ikinci günü ”“ çərşənbə axşamı oxucuları ilə görüşə gələcək.
“Türküstan”x9d qəzetinin baş redaktoru Aqil Camal bu addımı yayım firmalarının iş qrafikləri ilə əlaqələndirib: “Əvvəllər, həftəlik qəzet olaraq bazar günü satışa çıxmağımızın üstünlükləri vardı. Həmin gün digər qəzetlər az olurdu, həmçinin, metropoliten ərazisinə, “Qasid”x9d firmasının köşklərində qəzet satışı vardı. Stabil oxucularımız üçün qəzetimizi bazar günü əldə etmək daha sərfəli idi. Bu gün isə mətbuat qeyd etdiyim hər iki satış məkanını itirib, “əldəyayım”x9d minimuma enib. Qəzetimiz indi daha çox abunə yolu ilə oxuculara çatdırılır. Ona görə də belə qərara gəldik ki, işimizi hazırda əməkdaşlıq etdiyimiz yayım firmalarının iş qrafikinə uyğunlaşdıraq. İnanıram ki, “Türküstan”x9dın sadiq oxucuları, xüsusilə rayonlardakı dostlarımız bu dəyişikliyi anlayışla qarşılayacaqlar”x9d.
Turkustan.info


































































































