BOTULİZM – Turşudan zəhərlənən zaman DƏRHAL nə etmək lazımdır?

BOTULİZM – Turşudan zəhərlənən zaman DƏRHAL nə etmək lazımdır?

Hazırda oxunan: BOTULİZM – Turşudan zəhərlənən zaman DƏRHAL nə etmək lazımdır?

118989

Bu il ərzində Kliniki Tibbi Mərkəzə botulizmlə zəhərlənmə ilə bağlı 6 müraciət olub, ölüm hadisəsi qeydə alınmayıb.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu, professor Azər Maqsudov məlumat verib.

Ötənilki rəqəmləri də açıqlayan professor, adı keçən zəhərlənmə ilə bağlı bir sıra faktlara da toxunub:

“Ötən il ərzində bizim mərkəzə botulizm zəhərlənməsi ilə bağlı 20-yə yaxın müraciət olmuşdu. Bizə gələn xəstələr arasında ölüm halı olmasa da regonlarda 3-4 nəfər zəhərlənmədən dünyasını dəyişmişdi.
Botulizmlə zəhərlənmə ən çox evdə konservləşdirilmiş pomidor və xiyar turşusundan istifadə zamanı baş verir. Zəhərlənmə ilə bağlı müraciətlər də daha çox qış mövsümündə, Novruz bayramı ərəfəsində olur”.

Botulizmlə zəhərlənmə necə müalicə olunmalıdır?

Həkim bildirib ki, botulizm çox ağır qida toksiki infeksiyadır:

“Bu növ infeksiya yaxşı yuyulub-təmizlənməmiş tərəvəzlərin üzərində olur. Həmin tərəvəzləri konservləşdirən zaman infeksiya şüşə balonun içinə düşür və oksigen olmayan şəraitdə inkişaf edir.

Məhsuldan istifadə edəndə isə kütləvi şəkildə zəhərlənməyə səbəb olur. İlkin əlamətləri qida infeksiyasına bənzəyir. Mədə nahiyəsində ağrı, köp, ürəkbulanma, öyümə-qusma, bədənin hərarətinin qalxması, başın gicəllənməsi olur.

Müdaxilə olunmadıqda iki günə əlamətlər kəskinləşir, ağırlaşma baş verir. İnsanda ikili görmə əmələ gəlir. Su içmək mümkün olmur. Bu vəziyyətdə xəstə huşunu itirə bilər. Əsas çətinliyi və fəsadı odur ki, çox vaxt xəstənin huşu yerində olsa da, beyində nəfəs mərkəzi iflic olduğu üçün insan nəfəs almır. Bu vəziyyətdə xəstəyə kömək olunmazsa, həyatı üçün böyük təhlükə yaranar”.
A.Maqsudov vurğulayıb ki, botulizmə qarşı zərdab var ki, onun vurulması əsasdır:

“Botulizmə qarşı olan zərdabın üç növü var. Seçimi həkim-mütəxəssis təyin etməlidir. Zərdabdan sonra həyat üçün təhlükə xeyli azalır və qalan müalicələr daha effektiv olur. Qeyd edim ki, batulizmlə zəhərlənən insan 7-14 günə sağala bilir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO