Cəlilabadda məktəb şüşələri SINDIRILDI 

Cəlilabadda məktəb şüşələri SINDIRILDI 

Hazırda oxunan: Cəlilabadda məktəb şüşələri SINDIRILDI 

118491

Cəlilabad rayonunda orta məktəbin şüşələri sındırılıb.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Göytəpə şəhər 1nömrəli tam orta məktəbdə baş verib. 

Belə ki, fevralın 4-də səhər saat 07:30 radələrində Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin 8 sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilib.  
Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib.  

Faktla bağlı Göytəpə Şəhər Polis bölməsində tədqiqat araşdırması aparılır. Qeyd edək ki, 17 noyabr 2022-ci il tarixində adı çəkilən məktəbdə izləmə kameraları naməlum şəraitdə qəsdən sındırılıb.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO