İtkin düşən məktəblilər tapıldı – ÖZƏL

İtkin düşən məktəblilər tapıldı – ÖZƏL

Hazırda oxunan: İtkin düşən məktəblilər tapıldı – ÖZƏL

114950

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu və Şəki şəhərindən olan iki məktəbli itkin düşüb. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamada bildirilir ki, itkin düşən şəxs kimi axtarışda olan Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Məlum olub ki, o, respublikanın digər şəhərində atasının yanındadır. Nihat Rəhmətulinin həyat və sağlamlığı ilə bağlı hər hansı təhlükə yoxdur. 

Şəki şəhərindən isə itkin düşən şəxs kimi axtarışda olan 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevlə bağlı tədbirlər davam etdirilir. Artıq yeri müəyyən olunub, bir neçə dəfə təkrar olunmuş haldır.
Bildirilib ki, ailəsinə təhvil veriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO