Cəlilabadda

Cəlilabadda "Ford" markalı mikroavtobus külə döndü

Hazırda oxunan: Cəlilabadda "Ford" markalı mikroavtobus külə döndü

113672

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Elvin Zeynalova məxsus "Ford" markalı mikroavtobusda qəfil yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, avtomobil tamamilə yanıb. 

Yanğın zamanı həmçinin yaxınlıqdakı talvar da zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO