Taleh Bağırzadənin şikayəti var...

Taleh Bağırzadənin şikayəti var...

Hazırda oxunan: Taleh Bağırzadənin şikayəti var...

112637
«Müsəlman Birliyi Hərəkatı» adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə barəsində Nəsimi rayon Məhkəməsinə şikayət verilib.

Bu haqda Taleh Bağırzadənin  vəkili Cavad Cavadov bildirib.

Vəkil deyir ki, Taleh Bağırzadəyə vəkili ilə görüşə imkan verilməməsindən, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasından, həmçinin 24 saatdan artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılmasından məhkəməyə müraciət edilib.

Tale Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Dekabrın 2-də məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb və təmin edilməyib ("Azadlıq" radiosu).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO