Nazirin töhmət verdiyi şair işdən çıxdığını təsdiqlədi

Nazirin töhmət verdiyi şair işdən çıxdığını təsdiqlədi

Hazırda oxunan: Nazirin töhmət verdiyi şair işdən çıxdığını təsdiqlədi

111905
"Hörmətli jurnalistlər, əziz həmkarlar!

Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm".

Moderator.az-ın xəbərinə görə, bunu öz Facebook səhifəsində Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli yazıb.

Vaqif Bəhmənli daha sonra bunları qeyd edib: "Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.
Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, bu gün Vaqif Bəhmənlinin işdən çıxarılması barədə məlumat yayılıb.

Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə "Hamıya yaxşılıq”x9d adlı şeir həsr edib. Şeir "525-ci qəzet”x9ddə tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO