Bakıda baş verən dəhşətli qəzalar - ANBAAN VİDEO

Bakıda baş verən dəhşətli qəzalar - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda baş verən dəhşətli qəzalar - ANBAAN VİDEO

110443

Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bunun da böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır. 

Aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgül əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. 
Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur.    

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO