Şimal bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir. Bu gün bölgədə havanın temperaturu daha aşağıdır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Qrız kəndində bu gün səhər 9 dərəcə şaxta qeydə alınıb.
Yaşayış məntəqəsinə hələlik qar yağmır.
Xızının Altıağac qəsəbəsində isə 7 sm qar var. Gün ərzində qar yağacağı istisna edilmir.
Qusar şəhərinə isə hazırda qar yağır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu