Azərbaycanda məmurlar niyə gəlir deklorasiyası vermir?

Azərbaycanda məmurlar niyə gəlir deklorasiyası vermir?

Hazırda oxunan: Azərbaycanda məmurlar niyə gəlir deklorasiyası vermir?

106722
Ekspertlər çıxış yolunu hüquqi dövlətin qurulması və maliyyə amnistiyasında görürlər... 

Son günlər “MTN işi”x9d çərçivəsində aparılan həbslərdən sonra saxlanılan məmurların bahalı mülklərinin olduğu da ortaya çıxdı. İctimaiyyətdə yayılan fikirlərə görə, bu, yüksək çinli məmurların var-dövlətlərinin hələ gözlə görünən hissəsidir. Onların bu qədər var-dövləti necə qazandığı bəlli olmasa da, hər halda, həbs olunması bunun heç də qanuni yolla əldə edilmədiyini göstərir. Belə olan təqdirdə hər kəsin ağlına bir məsələ gəlir -  korrupsiya. 

Prezident İlham Əliyev  də  çıxışlarında bildirir ki, Azərbaycanda korrupsiyanın qarşısı alınmalı, ölkənin iqtisadi inkişafı yüksək səviyyədə təmin olunmalıdır. Dünyanın əksər ölkələrində korrupsiyanın qarşısını almağın üsullarından biri isə gəlir deklorasiyasıdır. 

Bəs, Azərbaycanda  məmurlar gəlir deklorasiyasına cəlb olunarsa, ölkədə rüşvətxorluq aradan qalxarmı?

Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev bildirdi ki, bununla bağlı layihə işləyib Nazirlər Kabinetinə təqdim ediblər: “Öncə qeyd edim ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi  haqqında qanun 2005-ci ildə qəbul edilib. Qanunun icrası ilə bağlı ölkə prezidentinin fərmanında göstərilir ki, üç ay müddətində prezidentə gəlir deklorasiyasının forması və məzmunu təqdim edilsin. Bu hadisədən 10 il keçməsinə baxmayaraq,  Nazirlər Kabineti hələ də həmin formanı  hazırlayaraq təqdim etməyib. Bu məsələ həm də Azərbaycanın götürdüyü bir sıra öhdəliklərlə bağlıdır. Misal üçün, korrupsiyaya qarşı BMT-nin 2003-cü il  konvensiyası Azərbaycan tərəfindən ratifikasiya olunub. Orada da gəlir deklorasiyanın təqdim edilməsi öhdəliklərdən biri kimi göstərilib. Eyni zamanda Azərbaycanda  korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə fəaliyyət planının hər birində bunun hazırlanması və təqdim edilməsi ilə əlaqəli tədbirlər nəzərdə tutulub. Hətta bizim fondumuz tərəfindən də 2013-cü ildə bununla bağlı layihə həyata keçirildi. Bu dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına dəstək layihəsi idi. Layihə çərçivəsində həmçinin, biz gəlir deklorasiyasının  formasını və məzmununu hazırlayıb Nazirlər Kabinetinə təqdim etdik. Nazirlər Kabinetindən bizə bildirildi ki, forma hazırlanan zaman təkliflərdən istifadə edəcəklər. Ancaq indiyədək xəbər yoxdur”x9d.

Ə.Nuriyev gəlir deklorasiyasının tətbiqinin korrupsiyanın azalmasına gətirəcəyini düşünür: “Desək ki, bütün problemin səbəbi gəlir deklorasiyasının olmamasıdır, bu da doğru olmaz. Ancaq deklorasiyanın vəzifəli şəxslər tərəfindən verilməsi onların mütəmadi olaraq gəlirlərinin leqal izlənməsi üçün şərait yarada bilər. İkinci tərəfdən isə əgər şəxsin gəlirlərini izləyən zaman çox böyük miqdarda vəsaitlər meydana çıxarsa, bunun qanunu olub, olmadığı anında yoxlanıla bilər. Belə hal, eyni zamanda gələcəkdə korrupsiya işi ilə bağlı aparılan cinayət işləri üçün sübut kimi də istifadə oluna bilər. Gəlir deklorasiyası vəzifəli şəxslərin qanunsuz gəlir əldə etməsinin qarşısını almaq üçün böyük alətdir. Aparılan tədqiqatlar göstərir ki, hansı ölkədə gəlir deklorasiyası təqdim olunur, orada korrupsiya daha aşağı səviyyədədir”x9d. 

Ekspert, Azərbaycanda gəlir deklorasiyasının nə üçün verilməməsi ilə bağlı aşağıdakıları söylədi: “Öncəliklə yuxarıda qeyd etdiyim kimi, hələ lazımı sənədlər hazırlanmayıb. İkincisi isə bizdə hazırkı situasiyada gəlir deklorasiyasının təqdim edilməsi çoxsaylı suallar yarada bilər. Ona görə də bunu sürətləndirmək və leqallaşdırmaq üçün maliyyə amnistiyası haqqında qanun qəbul edilməlidir. Nəticədə ölkəyə əlavə vəsait gətirilər. Əgər bu addım atılarsa, o zaman gəlir deklorasiyasının da təqdim edilməsində hər hansı problem olmaz”x9d.

Hüquqşünas Müzəffər Baxışova görə isə, ölkədə korrupsiyanın qarşısını almaq üçün hüquq dövləti qurulmalıdır: “Hüquq dövləti olmadan Azərbaycanda gəlir deklorasiyasının olub-olmamasının heç bir fərqi yoxdur. Hüquqi dövlət quruculuğu yönündə isə heç bir tədbir görülmür. Heç kim çalışmır ki, hər şey qanunla tənzimlənsin və bütün insanlar buna uyğun yaşasınlar. Deklorasiya formal xarakterli bir şeydir. Azərbaycan cəmiyyəti çox şəffafdır. Burada kimin hansı işlə məşğul olduğu açıq şəkildə görünür və bu hər kəsə bəllidir. Yəni on ildir görmürdülər ki, misal üçün, Milli Təhlükəsizlik Nazirliyində bu kimi qeyri-qanuni işlər aparılır? Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda qanunsuzluqların qarşısını almaq qeyri-mümkündür”x9d.(musaat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO