Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi tədbirdə 4 mahnı səsləndirib.
Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, - deyə bildirib.
Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.
Müğənni görüşlə bağlı sosial media hesabında bunları yazıb:
““Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!”
Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə təqdim etdiyi “Azərbaycan” mahnısı ilə məşhurlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 21.10.2022
Zəngilanda Prezidentin səhnəyə dəvət etdiyi Çinarədən TƏŞƏKKÜR MESAJI - VİDEO
Hazırda oxunan: Zəngilanda Prezidentin səhnəyə dəvət etdiyi Çinarədən TƏŞƏKKÜR MESAJI - VİDEO
Hazırda oxunan: Zəngilanda Prezidentin səhnəyə dəvət etdiyi Çinarədən TƏŞƏKKÜR MESAJI - VİDEO
100526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.