Belarus vətəndaşı Balakəndə gömrük postunda öldü

Belarus vətəndaşı Balakəndə gömrük postunda öldü

Hazırda oxunan: Belarus vətəndaşı Balakəndə gömrük postunda öldü

100505

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb.

Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib. 

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. (Apa.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO