Berdiməhəmmədovdan unikal TƏKLİF

Hazırda oxunan: Berdiməhəmmədovdan unikal TƏKLİF

13443

Qeyd edək ki, mayın 25-də Türkmənistanda Aşqabadın 140 illiyi keçiriləcək. Həmin gün dünyaya gələn ilk oğlan uşağına “Paytaxt” və ya Aşqabad, qıza isə “İnci” və ya Maya adı veriləcək.

Bu təkliflə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Onun sözlərinə görə, bu, paytaxta olan sevginin özünəməxsus əlamətidir.

Bizim.Media trtrussian.com nəşrinə istinadən xəbər verir ki, dövlət başçısı gələcək uşaqlara hədiyyə hazırlamaq üçün əlaqədar qurumlara təlimat verib.

Yubiley şərəfinə Aşqabadda bir sıra yeni binalar açılacaq, şəhərdə konsert və sərgilər təşkil ediləcək, filmlər çəkiləcək və 400 yeni avtobus xəttə buraxılacaq. 

Həmin gün ictimai nəqliyyat pulsuz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO