“Turan Tovuz” yoxlama oyunu keçirəcək

Hazırda oxunan: “Turan Tovuz” yoxlama oyunu keçirəcək

126688

Azərbaycan Premyer Liqasının 27-ci turunun "Səbail"lə matçından (1:1) sonra istirahətə buraxılan "Turan Tovuz" məşqləri bərpa edib. 

Bizim.Media xəbər verir ki, qərb bölgəsi təmsilçisi dünən bir araya gəlib və hazırlığa start verib. Komanda məşqlərini Tovuz Şəhər Stadionunda həyata keçirir. 

"Turan Tovuz" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə yoxla oyunu keçirməyi də planlaşdırır. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv əvəzedici komanda ilə qarşılaşacaq.
Matç 24 mart tarixində, saat 16:00-da baş tutacaq. Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqanın 28-ci turunda doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma martın 31-də, saat 15:30-da start götürəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO