Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırdı - VİDEO

Hazırda oxunan: Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırdı - VİDEO

81695

Polşa hakimiyyəti Polşa-Belarus sərhədində hündürlürü beş metr, uzunluğu isə 186 km olan hasarın tikintisini başa çatdırıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə respublikanın baş naziri Mateuş Moravetski deyib.

"Söz verdiyim kimi, tikintisinə yanvarın 25-də başlanan hasar yayın əvvəlində istifadəyə verilib”, deyə o, qeyd edib.

Polşa hökuməti başçısının sözlərinə görə, bu hasarın reallaşması Afrika və Yaxın Şərqdə artan aclıq təhlükəsi şəraitində daha da aktuallaşıb.

“Mən Aİ sammitində olarkən Cənubi Avropa ölkələrinin baş nazirləri aclıq dalğası səbəbindən miqrasiya axınının çoxaldığını vurğuladılar”, - Moravetski bildirib. -  "Bu hasar Polşa sərhədini təhlükəsiz qorumaq üçün lazımdır". 
Polşa hakimiyyəti 2021-ci ildə Yaxın Şərqdən miqrant axınının kəskin artmasından sonra Belarusla sərhəddə hasar tikmək qərarına gəlib, Qərb siyasətçilərinin fikrincə, Minsk o miqrantları Aİ-yə göndərmək üçün ölkəyə gətirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO