Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”
Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın Formiche.net portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ən əsası bu, yeni ideya deyil:
"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər edərkən Aİ və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədin məqsədi Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixrac...