Azərbaycanın güclənən QLOBAL MÖVQEYİ – Davos Forumunun nəticələri və gələcək PERSPEKTİVLƏR
Məlum olduğu kimi, Prezident İlham Əliyev 19-22 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirak edib.
Dövlət başçısının səfəri həm diplomatik və həm də iqtisadi əməkdaşlıqların inkişafı baxımından bir sıra mühüm hadisələrlə yadda qaldı.
Prezident İlham Əliyev 4 gün ərzində dövlət və hökumət başçıları, rəsmilər və şirkət rəhbərləri də daxil olmaqla 19 görüş keçirib.
Bundan əlavə, Dövlət başçısı “Euronews” kanalına müsahibə verib, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, Ümumdünya İq...