Tərtərdən Ağdərəyə avtomobil yolunun inşasına başlandı - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.
Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, layihə üzrə yolun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Yol II texniki dərəcəyə uyğun iki hərəkət zolaqlı inşa edilir. Hazırda yol boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.
Bundan başqa, suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin ...