Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.
Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.
Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bi...