Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Hazırda oxunan: Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

633973

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 

Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO