
- A-
- A
- A+
Cəmiyyət
13:27 / 31.08.2026
Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto
Hazırda oxunan: Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto
633980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, hadisə avqustun 31-i gecə saatlarında yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































