ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin – FOTO
ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub.
Səfirlik təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyi barədə xəbərdarlıq edib:
"Livandakı təhlükəsizlik vəziyyəti yaxından izlənilir. Təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və sürətlə dəyişə bilər. ABŞ vətəndaşlarına kommersiya uçuşu variantları mövcud olduğu müddətdə Livanı tərk etməyi tövsiyə edirik", - açıqlamada deyilir.
Xatırladaq ki, dünən ABŞ Dövlət Departamenti amerikalı vətəndaşları İranı təcili tərk etməyə çağırmışdı.
Bizim.Media...