Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA
Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərər ən konservativ hesablamalara görə 150 milyard ABŞ dollarından çoxdur.
Bizim.Media xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Rizvan Nəbiyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” layihənin müzakirəsi zamanı bildirib.
“Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dövlət üçün ciddi maliyyə yükü yaradır. Zəfərdən sonra həmin ərazilərə 25 milyard manatdan çox vəsait ayrılıb və növbəti illərdə də bu proses davam edəcək”, – deputat qeyd edib.
R...