Məşhur aktyorun qaynanası danışdı

Məşhur aktyorun qaynanası danışdı

Hazırda oxunan: Məşhur aktyorun qaynanası danışdı

57082
Məşhur Hollivud ulduzu Corc Kluni evlilik həyatından danışıb.

Bir zamanlar subay yaşamağa üstünlük verən aktyor “People” jurnalına evlilik həyatının gözəlliyindən danışıb.

Jurnal İtaliyada keçirilən toy mərasimindən ətraflı məlumat yayımlayıb. Kluni və sevgilisi Amal Alamuddin yüzə yaxın dost və ailə üzvləri qarşısında evlilik andı içiblər. Gəlinin anası bildirib ki, Corcla Amal bütün mərasimi məhəbbət saçıb.

Toy mərasimi inanılmaz dərəcədə xüsusi və əfsanəvi olub və Corc yeni qohumlarının sevgisini qazanıb.

“People” jurnalı yazır ki, onlar Corcun şərəfinə badə qaldıraraq bunları deyib “Corc biz səni çox istəyirik. Biz sənin əməllərin, intelektual söhbətlərin və səxavətliliyinlə qürur duyuruq”.

Əminik ki, Kluni də Amal haqda eyni şeyləri fikirləşir.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO