Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO
616108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub.
 

"Tipos Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.


Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO