Türkiyə pilotsuz uçuş aparatlarını səs vasitəsilə müəyyən edən Akustik Dron Aşkarlama və İzləmə Sistemi hazırlayıb.
Bizim.Media xəbər verir ki, qurğunu Türkiyə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən SAĞLAMTEK şirkəti istehsal edib.
Şirkət rəsmilərinin sözlərinə görə, sistem dronların mühərrik və pər səslərini analiz edərək onların mövcudluğunu, istiqamətini və hündürlüyünü müəyyən edə bilir.
Passiv işləmə prinsipinə malik sistemin əsas üstünlüyü az enerji sərf etməsi və öz yerini bəlli etmədən fəaliyyət göstərməsidir.
Məlumata görə, sistem orta ölçülü dronları 570 metr, böyük sabit qanadlı pilotsuz aparatları isə 3 kilometr məsafədən aşkarlaya bilir.
Yeni texnologiyanın həm hərbi obyektlərdə, həm də mobil bölmələr tərəfindən istifadə üçün nəzərdə tutulduğu bildirilib.
Çəkisinin 1 kiloqramdan az olduğu və “powerbank” vasitəsilə də işləyə bildiyi qeyd olunur.
Sistemin sahə sınaqlarından uğurla keçdiyi açıqlanıb. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Region
16:14 / 29.05.2026
Onların kabusu olacaq- Səsindən tanıyır
Hazırda oxunan: Onların kabusu olacaq- Səsindən tanıyır
Hazırda oxunan: Onların kabusu olacaq- Səsindən tanıyır
616072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































