Azərbaycanda manatla geniş pul kütləsi ARTIB

Azərbaycanda manatla geniş pul kütləsi ARTIB

Hazırda oxunan: Azərbaycanda manatla geniş pul kütləsi ARTIB

616116

Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 50 milyard 168,1 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,6 %, 2025-ci ilin eyni dövrünə nisbətən 6,3 % çoxdur.
 

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 480,4 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,2 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.


Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 31 milyard 555,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,2 % çox, ilin əvvəli ilə müqayisədə 1,9 % az, ötən ilin eyni dövrünə nisbətən 12,4 % çoxdur.

Mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 331,9 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,2 % az, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO